Menyu

Ərdoğan-Putin görüşü taxıl sazişinin bərpası üçün son şansdır - Ukrayna XİN rəhbəri

Ərdoğan-Putin görüşü taxıl sazişinin bərpası üçün son şansdır - Ukrayna XİN rəhbəri

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın fikrincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasındakı görüşü Qara dəniz taxıl sazişinin bərpası üçün demək olar ki, son şansdır.

"Operativ Media" xəbər verir ki, Kuleba bu barədə Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirlərinin İspaniyanın Toledo şəhərində keçirilən qeyri-rəsmi iclasında çıxışında deyib.

Ukraynanın xarici işlər naziri, həmçinin sentyabr ayının taxıl təşəbbüsü və sülh formulları üçün çox mühüm ay olacağını bildirib.

 

Dmitri Kulebanın sözlərinə görə, Ukrayna alternativ dəniz yolu üzərində çalışır. Bu yolla gəmilər Ukrayna limanlarından çıxaraq demək olar ki, dərhal Rumıniyanın ərazi sularına daxil olacaq.

Nazir bununla əlaqədar olaraq Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə təmin olunmasının əhəmiyyətini qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər