Menyu

XİN: Paşinyan Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiya siyasətini dəstəkləməlidir

XİN: Paşinyan Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiya siyasətini dəstəkləməlidir

“Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyən Ermənistan Baş naziri yaxşı olardı ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətini də dəstəkləsin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müdaxilələrdən çəkinsin”.

"Operativ Media" xəbər verir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində öz əksini tapıb.

“Ümidvarıq ki, Ermənistan tərəfi post-münaqişə dövründə bölgədə formalaşmış reallıqları düzgün qiymətləndirəcək və sülhün bərqərar olunması üçün Azərbaycanla danışıqlarda konstruktiv mövqe sərgiləyəcək”, - məlumatda vurğulanıb.

Teqlər:

"X\u0130N: Pa\u015finyan Qaraba\u011f\u0131n erm\u0259ni sakinl\u0259rinin Az\u0259rbaycana reinteqrasiya siyas\u0259tini d\u0259st\u0259kl\u0259m\u0259lidir"

Əlaqəli Xəbərlər