Menyu

Qərbi Azərbaycan İcması Almaniya Bundestaqının xarici məsələlər komitəsinin sədrinin bəyanatına münasibət bildirib

Nərmin Qocamanlı
Qərbi Azərbaycan İcması Almaniya Bundestaqının xarici məsələlər komitəsinin sədrinin bəyanatına münasibət bildirib

Qərbi Azərbaycan İcması Almaniya Bundestaqının xarici məsələlər komitəsinin sədri Mihael Rotun bəyanatına münasibət bildirib.

"Operativ Media" xəbər verir ki, bəyanat mətnində deyilir:

"Almaniya Bundestaqının xarici məsələlər komitəsinin sədri Mihael Rot Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazilərini də əhatə etməsinin vacibliyi ilə bağlı bəyanat verib. İlk olaraq M.Rotdan Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bu cür təxribatçı bəyanatlardan çəkinməyi tələb edirik. M.Rotun diqqətinə çatdırırıq ki, Avropa İttifaqının Ermənistandakı Missiyasının patrul apardığı ərazilərin əksəri vaxtilə azərbaycanlıların yaşadığı və deportasiya edildiyi ərazilərdir".

Qərbi Azərbaycan İcması hesab edir ki, M.Rot Ermənistan hökumətini azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına imkan yaratmağa və Avropa İttifaqının missiyasını bu prosesə töhfə verməyə çağırmalıdır.

Teqlər:

"Q\u0259rbi Az\u0259rbaycan \u0130cmas\u0131 Almaniya Bundestaq\u0131n\u0131n xarici m\u0259s\u0259l\u0259l\u0259r komit\u0259sinin s\u0259drinin b\u0259yanat\u0131na m\u00fcnasib\u0259t bildirib"

Əlaqəli Xəbərlər