Trampın məhkəmə qarşısına çıxacağı tarix açıqlanıb
ABŞ-nin Corciya ştatında 2020-ci il seçkilərinin nəticələrini öz xeyrinə dəyişməkdə təqsirləndirilən sabiq prezident Donald Tramp və daha 18 müttəhimin sentyabrın 6-da məhkəmə qarşısına çıxarılacağı açıqlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fulton Rayon Məhkəməsinin hakimi Scott McAfee bildirib.
Qeyd edək ki, Tramp avqustun 25-də polis bölməsinə könüllü təslim olub və saxlanma prosesində onun şəkli çəkilib.
Ölkə tarixində cinayət törədən ilk prezident olan Tramp 200 min dollar girov müqabilində mühakimə olunaraq sərbəst buraxılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net