Menyu

İki il əvvəl bayrağımızı təhqir edən 3 erməni saxlanılıb - YENİLƏNİB

Redaksiya
İki il əvvəl bayrağımızı təhqir edən 3 erməni saxlanılıb - YENİLƏNİB

Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

"Operativ Media"nın məlumatına görə, 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən şəxslərdən üç nəfəri saxlanılıb.

Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı.

Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

Azərbaycan tərəfi dəfələrlə qanunpozuntuları törətmiş ermənilərin bağışlana biləcəyi ilə bağlı humanist açıqlamalar verib. Ehtimal olunur ki, Azərbaycan dövləti növbəti dəfə humanist yanaşma sərgiləyərək saxlanılan şəxslərin gənc və idmançı olduqlarını nəzərə alaraq inzibati qayda məsuliyyətə cəlb edə bilər.

***

14:22
Daha bir separatçı Azərbaycan sərhədçiləri tərəfindən Laçın keçid məntəqəsində saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan KİV-in yaydığı məlumatda bildirilir.

2001-ci il təvəllüdlü Alen Nelson Sarkisyanın saxlanılma səbəbi hələlik məlum deyil.

Teqlər:

"\u0130ki il \u0259vv\u0259l bayra\u011f\u0131m\u0131z\u0131 t\u0259hqir ed\u0259n 3 erm\u0259ni saxlan\u0131l\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər