Qubernator: Ukraynanın hücumu nəticəsində Belqorodda bir nəfər ölüb
"Ukrayna hərbçiləri son sutka ərzində Belqorod vilayətinin yaşayış məntəqələrini 140-a yaxın sursatdan atəşə tutub, həmçinin PUA-dan bir neçə partlayıcı qurğu atılıb".
"Operativ Media" xəbər verir ki, bunu vilayətin qubernatoru Vyaçeslav Qladkov "Telegram" kanalında bildirib.
O qeyd edib ki, nəticədə bir nəfər ölüb, 6 nəfər xəsarət alıb, 50-yə yaxın ev, 2 sosial obyekt, 3 müəssisə və 8 avtomobilə ziyan dəyib.
"Valuyski şəhər dairəsində Urazovo kəndinə "Qrad MLRS"dən 12 mərmi atılıb. 6 dinc sakin yaralanıb. İki nəfər Valuyski Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, birinin bel nahiyəsindən qəlpə yarası var, ikincisində baş və bel nahiyəsinin yumşaq toxumalarında qəlpə yaraları olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net