Hindistanda fabrikdə partlayış baş verib, 7 nəfər ölüb
Hindistanın Qərbi Benqal əyalətində qeyri-qanuni fəaliyyət göstərən atəşfəşanlıq ləvazimatları istehsal edən fabrikdə baş verən partlayışda 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Məlumata görə, Dattapukur rayonunda qanunsuz atəşfəşanlıq ləvazimatlarının istehsal olunduğu fabrikdə partlayış baş verib.
Dövlət rəsmiləri ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.
Qərbi Benqaliyada qeyri-qanuni fəaliyyət göstərən atəşfəşanlıq ləvazimatları istehsal edən fabriklərində partlayışlar tez-tez baş verir və mayın 22-də əyalət hökuməti bu fabrikləri araşdırmaq üçün xüsusi komitə yaradıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net