Ege sahillərində 4,1 bal gücündə zəlzələ baş verib
Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində Ege dənizində 4,1 bal gücündə zəlzələ baş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 06:09-da Ege dənizində 4,1 bal gücündə zəlzələ baş verib.
Dəniz səthinin 57,6 kilometr dərinliyində olan zəlzələnin episentrinin Datça rayonundan 33,46 kilometr uzaqlıqda olduğu müəyyən edilib.
Zəlzələ qısamüddətli panikaya səbəb olub. İlk təsbitlərə görə zəlzələdə heç bir mənfi hadisə baş verməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net