Menyu

Rusiya İstintaq Komitəsi: Tverdə 10 nəfərin cəsədi tapılıb

Rusiya İstintaq Komitəsi: Tverdə 10 nəfərin cəsədi tapılıb

Tverdə qəzaya uğrayan şəxsi təyyarənin qalıqları arasından 10 nəfərin cəsədi tapılıb.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsi açıqlayıb.

Açıqlamada Tverdə qəzaya uğrayan şəxsi təyyarə ilə bağlı təfərrüatlı araşdırmanın davam etdiyi bildirilib.

Eyni zamanda, təyyarəyə aid qara qutunun tapıldığına diqqət çəkilib: "Təyyarə qəzası ilə bağlı bütün şərtlərin müəyyən edilməsi üçün lazım olan əşyalar və sənədlər toplanılıb. Həmçinin lazımi məhkəmə-tibbi analizlər aparılır. Bütün mümkün variantlar istintaq çərçivəsində diqqətlə yoxlanılacaq".

"Qurbanların şəxsiyyətlərinin müəyyən edilməsi üçün molekulyar genetik testlər aparılır", - deyə əlavə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər