Səudiyyə Ərəbistanı XİN: "BRİCS-dən üzvlüklə bağlı təfərrüatları gözləyirik"
"Səudiyyə Ərəbistanı üzvlüklə bağlı qərar qəbul etmək üçün BRİCS-dən assosiasiyaya üzvlük şərtləri ilə bağlı təfərrüatları gözləyir".
"Operativ Media" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan Əl-Səud bildirib.
O, Səudiyyə Ərəbistanının "Asharq News" telekanalına deyib: "Biz qərar qəbul etmək üçün BRİKS-dən qrupa üzvlüyün mahiyyəti ilə bağlı təfərrüatları gözləyirik".
Baş diplomat qeyd edib ki, Səudiyyə Ərəbistanının istənilən beynəlxalq strukturda iştirakı onun rəqabət qabiliyyətini artırır.
Əl-Səud daha əvvəl “Əl Ərəbiyyə” telekanalına verdiyi açıqlamada Ər-Riyadın BRİCS-ə üzv olmaq dəvətini gözlədiyini və müvafiq qərar qəbul edəcəklərini bildirib. O əlavə edib ki, ölkə dəvəti müsbət qarşılayıb.