Menyu

Putin əsgərlərə müraciət edib

Putin əsgərlərə müraciət edib

"Xidmətinizə görə sizə təşəkkür edirəm, sizinlə fəxr edirəm".

"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin rus əsgərləri qarşısında çıxışı zamanı deyib.

Belə ki, Putin Kursk vilayətinin Poniri şəhərində keçmiş sovet qoşunlarının Kursk döyüşündə nasistlər üzərində qələbəsinin 80 illiyi ilə bağlı keçirilən mərasimdə çıxış edib.

O, Kursk döyüşünün təxminən 2 aya yaxın davam etdiyinə diqqət çəkib və döyüşlərdə önəmli məqamlara toxunub.

"Burada - əfsanəvi Kursk torpağında qəhrəmanlarımıza, əsgərlərimizə, xüsusi təyinatlı hərbi əməliyyatların iştirakçılarına 1943-cü ilin yayında faşistlərə qarşı vuruşan Kursk döyüşünün qəhrəmanlarının şərəfinə yüksək dövlət mükafatları təqdim ediləcək", - Putin qeyd edib.

"Vətənə və hərbi anda sədaqət xüsusi hərbi əməliyyatın bütün iştirakçılarını birləşdirir", - o vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər