Menyu

Özbəkistan Prezidenti: Əziz dostum və qardaşım İlham Əliyevlə Qarabağa, Füzuliyə səfər böyük arzularımdan biri idi

Özbəkistan Prezidenti: Əziz dostum və qardaşım İlham Əliyevlə Qarabağa, Füzuliyə səfər böyük arzularımdan biri idi

“Əziz dostum və qardaşım İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfərim ürəyimdəki böyük arzularımdan biri idi”.

"Operativ Media" xəbər verir ki, bunu avqustun 23-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşdə deyib.

Şavkat Mirziyoyev bu Qələbə üçün Azərbaycan Prezidentinin çiyninə çətin vəzifələr düşdüyünü bildirib: “Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər