Pakistanda daşqınlardan zərər çəkmiş ərazilərdən 100 mindən çox insan təxliyə edilib
Nərmin Qocamanlı
Pakistanın Pəncab əyalətində musson yağışlarının səbəb olduğu daşqınlardan zərər çəkmiş bölgələrdən son 3 həftədə 100 mindən çox insan təxliyə edilib.
"Operativ Media" xəbər verir ki, Pakistanın Milli Fəlakətlərin İdarə Olunması Agentliyi bildirib ki, Ravi çayında suyun səviyyəsi hazırda normaldır, lakin bu həftə Sutlej çayında da daşqınlar baş verə bilər.
Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.
Ötən il ölkədə musson yağışları nəticəsində baş verən daşqınlar nəticəsində 1739 nəfər həyatını itirmiş, fəlakətin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanmışdı.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma