Menyu

Ərdoğanın G20 və BMT-dəki xüsusi gündəmi iqlim dəyişikliyi olacaq

Ərdoğanın G20 və BMT-dəki xüsusi gündəmi iqlim dəyişikliyi olacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 9-10 sentyabr tarixlərində Hindistanda keçiriləcək G20 Liderlər Sammiti və ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT Baş Assambleyasının toplantısında xüsusi gündəmi iqlim dəyişikliyi olacaq.

"Operativ Media" xəbər verir ki, Ərdoğan Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə atdığı addımlar barədə məlumat verəcək.

Qeyd edək ki, R.T.Ərdoğan dünən Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada iqlim dəyişikliyi ilə mübarizənin əhəmiyyətinə də toxunaraq, Türkiyənin atılan bütün beynəlxalq addımlarda iştirak etdiyini, üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini və "2053 Net Sıfır Emissiya və Yaşıl İnkişaf" hədəfləri ilə Paris İqlim Sazişinə ən böyük töhfə verən ölkələr arasında olduğunu bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər