Özbəkistan Prezidenti və xanımı Şəhidlər xiyabanını ziyarət edib
Nərmin Qocamanlı
Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Şəhidlər xiyabanını ziyarət ediblər.
"Operativ Media" xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Şavkat Mirziyoyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Teqlər:
"\u00d6zb\u0259kistan Prezidenti v\u0259 xan\u0131m\u0131 \u015e\u0259hidl\u0259r xiyaban\u0131n\u0131 ziyar\u0259t edib"