Menyu

Qazaxıstanda kömür mədənində yanğın hələ də davam edir

Qazaxıstanda kömür mədənində yanğın hələ də davam edir

Qazaxıstanın Karaqanda vilayətində "Kazaxtanskaya" kömür mədənində bir neçə gün öncə baş verən yanğını hələ də söndürmək mümkün olmayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Qəza yerində yanğın ocaqlarının intensivliyi azalmır, vəziyyətdə yaxşılaşma yoxdur", - məlumatda deyilir.

Yanğının məhdudlaşdırılması istiqamətində səylər davam etdirilir. Qəza sahəsinin gips bəndlərlə təcrid olunması qərara alınıb.

Qeyd edək ki, avqustun 17-də Qazaxıstanın Karaqanda vilayətində "Kazaxtanskaya" kömür mədənində montaj xəttinin alışması nəticəsində yanğın baş verib. Yanğın baş verən zaman mədəndə 227 nəfər olub. Onlardan 222-si təxliyə edilib. 13 nəfər xəsarət alıb, 5 nəfər isə həlak olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər