ABŞ vətəndaşlarını Belarusu tərk etməyə çağırıb
ABŞ Belarusdakı vətəndaşlarını dərhal bu ölkəni tərk etməyə çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-nin Minskdəki səfirliyi məlumat yayıb.
Məlumata görə, Litvanın Belarusla bəzi sərhəd qapılarını bağlamağa qərar verməsindən sonra ABŞ Belarusdakı vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.
"Polşa, Litva və Latviya hökumətləri Belarusla sərhəd keçidinin bağlanmasının mümkün olduğunu bildirdilər. Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər", - deyə açıqlamada bildirilib.
Bəyanatda həmçinin ABŞ vətəndaşlarına Belarus, Rusiya və Ukraynaya səfər etməmələri ilə bağlı xəbərdarlıq edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net