Menyu

ABŞ-da qəlyan mağazasına silahlı hücum olub, 3 nəfər ölüb

Nərmin Qocamanlı
ABŞ-da qəlyan mağazasına silahlı hücum olub,  3 nəfər ölüb

ABŞ-ın Vaşinqton ştatında qəlyan dükanına silahlı hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Operativ Media"nın xəbərinə görə, Polisin verdiyi məlumata görə, səhər tezdən Sietl şəhərinin Mount Baker məhəlləsindəki qəlyan dükanına silahlı hücum edilib.

Hücum zamanı güllə hədəfi olan 22 və 33 yaşlı iki kişi hadisə yerində, 30 yaşlı qadın isə aparıldığı xəstəxanada dünyasını dəyişib.

Polis 21-38 yaşlarında olan altı yaralıdan birinin vəziyyətinin ağır olduğunu, digərlərinin isə yaxşı olduğunu bildirib.

Hadisə yerindən 5 silah tapıldığını qeyd edən polis, hücumun mümkün şübhəliləri haqqında məlumat verməyib.

Ölənlərin adları açıqlanmasa da, hücumun səbəbləri araşdırılır.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər