Macarıstan gələn il Türkiyədən 275 milyon kubmetr qaz alacaq.
“Operativ Media” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
Nazirin sözlərinə görə Budapeştdə baş nazir Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən danışıqlardan sonra qaz alışına dir müqavilə imzalanıb.
“Biz Türkiyənin “Botaş” şirkəti ilə müqavilə üzrə işləri başa çatdırmışıq. Ona əsasən gələn ilin yaz-yay aylarında 275 milyon kubmetr qaz alacağıq”, - deyə nazir bildirib.
Siyarto həmçinin qeyd edib ki, Orban və Ərdoğan arasında keçirilən görüşdə Ukraynadakı münaqişə və İsveçin NATO-ya daxil olması ilə bağlı sənədlərin iki ölkənin parlamentləri tərəfindən ratifikasiyası məsələsi müzakirə olunub.
Teqlər:
"Macar\u0131stan T\u00fcrkiy\u0259d\u0259n qaz alacaq"