Menyu

Hikmət Hacıyev: İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi barışıq prosesinin əvəzsiz hissəsidir

Nərmin Qocamanlı
Hikmət Hacıyev: İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi barışıq prosesinin əvəzsiz hissəsidir

“Kütləvi məzarlıqlarda qalıqları tapılan 15 itkin düşmüş şəxsin şəxsiyyəti müəyyən edilib. Ermənistan indiyədək I Qarabağ müharibəsi zamanı erməni əsir düşərgələrində 4000 azərbaycanlının işgəncələr gördüyü, qeyri-insani rəftara məruz qalaraq öldürüldüyü kütləvi məzarların geolokasiyasını verməkdən imtina edir”.

"Operativ Media"nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”-da yazıb.

O bildirib ki, qalıqları tapılmış 15 nəfərdən biri olan Hüseynov Gülverdinin qızları atalarının 30 ildən sonra nəhayət ki, məzara qovuşmasına görə çox seviniblər. 

“İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesinin əvəzsiz hissəsidir. Amma Ermənistan bu faktları gizlətməyə, inkar etməyə davam edir” – Prezidentin köməkçisi əlavə edib.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər