ABŞ: İlkin şərt olmadan Şimali Koreya ilə danışıqlara hazırıq
"ABŞ Şimali Koreya ilə Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair ilkin şərt olmadan danışıqlara hazırdır".
"Operativ Media" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Kirbi bildirib ki, Şimali Koreya Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı qeyd-şərtsiz danışıqlara başlamaq təklifinə müsbət cavab verməyib, lakin təklif hələ də qüvvədədir.
“Biz Şimali Koreya ilə ilkin şərt olmadan danışıqlara hazırıq”, - Kirbi qeyd edib.
"Ölkəmizin, Koreya və Yaponiya müttəfiqlərimizin təhlükəsizliyini və maraqlarını müdafiə etmək üçün hər cür ssenariyə hazır olmalıyıq", - o deyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net