Menyu

Əfqanıstanda hotelə bombalı hücum olub, 3 nəfər ölüb

Nərmin Qocamanlı
Əfqanıstanda hotelə bombalı hücum olub, 3 nəfər ölüb

Əfqanıstanın Xost əyalətində hotelə edilən bombalı hücum nəticəsində 3 nəfər həlak olub.

"Operativ Media" xəbər verir ki, Xost polisinin verdiyi açıqlamaya görə, hücum şəhərin mərkəzindəki Kari Zadran adlı hoteldə baş verib.

İlkin məlumata görə, hücum nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Şahidlər hücum zamanı hotelin içərisində Pakistan Talibanının (TTP) üzvlərinin olduğunu iddia ediblər.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər