Menyu

İran XİN: Biz qəbul edirik ki, Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etmək bizim üzərimizə düşür

Redaksiya
İran XİN: Biz qəbul edirik ki, Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etmək bizim üzərimizə düşür

"Mən Azərbaycana səfərim zamanı cənab İlham Əliyevlə görüşdüm. Müxtəlif mövzuları birlikdə müzakirə etdik. Azərbaycan səfirliyində baş verənlər tamamilə şəxsi məsələ idi, lakin biz qəbul edirik ki, səfirliklərin təhlükəsizliyi ev sahibi ölkənin üzərinə düşür".

"Operativ Media" xəbər verir ki, bunu Mətbuat Günündə çıxış edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.

"Mən cənab Əliyevə izah etdim ki, diplomatlarımız başqa ölkələrdə şəhid olublar. Müasir dünyada belə hadisələrin baş verməsi səfirliyin bağlanmasına səbəb olmamalıdır.  Ədliyyə heyətimiz Azərbaycana səfər edib. Ümid edirik ki, tezliklə məhkəmə bu işlə bağlı qərar verəcək. Məhkəmə müstəqil qurumdur lakin diplomatik korpusların təhlükəsizliyinə yüksək həssaslıqla yanaşır. Məhkəmənin hökmündən sonra münasibətlərin normallaşması istiqamətində növbəti addımlar atılacaq"-deyə o qeyd edib.

Teqlər:

"İran XİN: Biz qəbul edirik ki Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etmək bizim üzərimizə düşür"

Əlaqəli Xəbərlər