Menyu

Ukrayna Azərbaycandan yeni yardım paketi alacaq

Nərmin Qocamanlı
Ukrayna Azərbaycandan yeni yardım paketi alacaq

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukraynanın daxili işlər nazirinin müavini Boqdan Drapyat ilə görüşüb.

Mərdəliyev bildirib ki, Azərbaycan Ukrayna tərəfini tam dəstəkləyir və bundan sonra da ona kömək edəcək. Azərbaycan səfiri dəstəyin bir neçə istiqaməti haqqında danışıb: ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyası, hərbçilərin reabilitasiyası, enerji sektoruna yardım və müharibədən sonrakı bərpa. Humanitar minatəmizləmə sahəsində təcrübə mübadiləsi üçün treninqlərin keçirilməsi də müzakirə olunub.

Görüşün sonunda M.Mərdəliyev yeni yardım paketini açıqlayıb. Buraya mexanikləşdirilmiş minatəmizləmə maşını daxil olacaq.

“Rusiya Federasiyasının təcavüzünü dəf etməkdə göstərdiyiniz möhkəmliyə və cəsarətə heyran olduğumuzu bildirmək istərdik. Ona görə də biz Ukraynaya yardım paketinin həcmini, o cümlədən humanitar minatəmizləmə məsələsində artırmaq qərarına gəldik. Biz artıq Ukraynaya kömək etmək üçün öz üzərimizə siyasi öhdəliklər götürmüşük”, - deyə o, bildirib.

 

Teqlər:

"Ukrayna Azərbaycandan yeni yardım paketi alacaq"

Əlaqəli Xəbərlər