Menyu

Portuqaliyada meşə yanğınına görə 1,4 min insan təxliyə edilib

Redaksiya
Portuqaliyada meşə yanğınına görə 1,4 min insan təxliyə edilib

Portuqaliyada avqustun 5-də başlayan yanğında üç yanğınsöndürən də daxil olmaqla 4 nəfər xəsarət alıb.
"Operativ Media" "Politico"ya istinadən xəbər verir ki, Odemira bələdiyyəsi yaxınlığında baş verən meşə yanğını səbəbindən 1,4 mindən çox insan təxliyə edilib.

Meşə yanğınları Leiria və Oren yaşayış məntəqələri ərazisində də davam edir.

Ölkənin müxtəlif bölgələrində yanğının söndürülməsinə 1000-dən çox insan cəlb olunub.

Yanğınların söndürülməsi Portuqaliyada yaranmış güclü istilər səbəbindən çətinləşir. Belə ki, Santarem bələdiyyəsində havanın temperaturu 46,4 dərəcəyə çatıb ki, bu da 2023-cü il üçün ölkədə rekord göstəricidir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər