Türkmənistan Hava Yolları Moskvaya uçuşları ləğv edib
Türkmənistan Hava Yolları avqustun 8-dən oktyabrın 28-dək Rusiyanın paytaxtı Moskvaya uçuşların dayandırıldığını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, reyslər Moskva yerinə şərqdəki Kazan şəhərinə yol alacaq.
Türkmənistan Hava Yolları tərəfindən verilən açıqlamada qeyd edilib: "Türkmənistan Hava Yolları 2023-cü il avqustun 8-dən oktyabrın 28-dək Aşqabad-Moskva marşrutu üzrə uçuşları dayandıracaq. Rusiyaya uçuşlar Aşqabad-Kazan marşrutları üzrə həyata keçiriləcək".
Şirkət uçuşların dayandırılmasının səbəbi ilə bağlı hələlik dəqiq açıqlama verməyib.
Qərb mətbuatı uçuşların təxirə salınmasını təhlükəsizlik tədbiri kimi qiymətləndirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net