Vanda 130 qoyun uçurumdan atılaraq ölüb
Vanın Erciş rayonunda 130 qoyun yaylaqda otlayarkən 70 metrlik qayadan tullanaraq tələf olub.
"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yaylaqda otlayan sürüdəki qoyunlardan birinin anidən ayadan tullanması nəticəsində baş verib.
Belə ki, bundan sonra sürüdəki digər qoyunlar da onun arxasınca 70 metrlik qayadan tullanıblar. Vəziyyətə müdaxilə edən çobanın cəhdi heç bir nəticə verməyib. Sürüdəki 150 qoyundan 130-u tələf olub.
Xəbərdarlıqdan sonra bölgəyə jandarma və Bölgə Kənd Təsərrüfatı Müdirliyinə bağlı qruplar sövq edilib.
Kənd Təsərrüfatı Müdirliyinin qrupları bölgədə araşdırma aparır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net