Ermənistanda Paşinyanın reytinqinin vəziyyəti açıqlanıb
Redaksiya
Ermənistanda “GALLUP Beynəlxalq Assosiasiyası”nın həqiqi üzvü olan MPG MMC-nin direktoru Aram Navasardyanın növbəti mətbuat konfransı keçirib.
"Operativ Media" xəbər verir ki, Paşinyanın reytinqi ilə bağlı araşdırma aparılıb. Səsvermədə iştirak edən Ermənistan vətəndaşlarının sayı 1100 nəfər olub. Araşdırma iyulun 27-dən 31-dək aparılıb.
Paşinyanın verdiyi məlumatlara nə dərəcədə inanırsınız və ya etibar edirsiniz sualına respondentlər belə cavab veriblər:
Mən tam etibar edirəm: 16.1%
Mən çox güvənirəm: 14,5%
Mən etibar etmirəm: 13,1%
Mən heç inanmıram: 54,45%
Cavab verməkdə çətinlik çəkirəm: 1,8%
Başqa sözlə, deyə bilərik ki, sorğuda iştirak edən Ermənistan vətəndaşlarının 67 faizi Nikol Paşinyanın verdiyi cavablara inanmır”, - Navasardyan bildirib.
Teqlər:
"Ermənistanda Paşinyanın reytinqinin vəziyyəti açıqlanıb"