Gürcüstanda torpaq sürüşməsi nəticəsində itkin düşənlərin axtarışları davam edir
Nərmin Qocamanlı
Gürcüstanın Şovi istirahət mərkəzində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin axtarışları davam edir.
"Operativ Media" xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, artıq 140 vətəndaş təbii fəlakət zonasından təhlükəsiz yerə təxliyə edilib. Xilasetmə əməliyyatına 400 nəfər cəlb olunub.
Təxminən 44 nəfər hələ də itkin düşmüş hesab olunur.
Qeyd edək ki, hadisə nəticəsində iki nəfər həlak olub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma