İran və Belarus hərbi əməkdaşlıq üzrə birgə komissiya yaradacaq
Nərmin Qocamanlı
Belarusun müdafiə naziri Viktor Hrenin Tehranda İranın Baş Qərargah rəisi, general-mayor Məhəmməd Bakiri ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, iki ölkənin silahlı qüvvələri arasında çoxşaxəli əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə Tehran və Minsk arasında hərbi əməkdaşlıq üzrə müştərək komissiyanın yaradılması barədə razılıq əldə olunub.
Belarusun müdafiə naziri Hrenin iyulun 31-də Tehranda iranlı həmkarı Məhəmməd Rza Aştiani ilə görüşüb və görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq sahəsində anlaşma memorandumu imzalanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net