Menyu

Ərdoğan və Mirziyoyev arasında telefon danışığı olub

Redaksiya
Ərdoğan və Mirziyoyev arasında telefon danışığı olub

İyulun 31-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Operativ Media" xəbər verir ki, Özbəkistan-Türkiyə çoxşaxəli əməkdaşlığının daha da genişləndirilməsi və hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsinin aktual məsələləri nəzərdən keçirilib.

Siyasi, ticarət-iqtisadi, investisiya, mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın mütərəqqi dinamikası, iki ölkənin regionları arasında səmərəli təmaslar böyük məmnunluqla qeyd olunub.

Energetika, mədənçıxarma, yeyinti, toxuculuq və digər sənaye sahələrində yeni sənaye əməkdaşlığı layihələrinin təşviqinin vacibliyi vurğulanıb.

Qarşıdan gələn birgə tədbirlərin, o cümlədən Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının ən yüksək səviyyədə keçirilməsinə baxılıb.

Həmçinin regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər