Azərbaycan XİN Pakistana başsağlığı verib
Gozel Həşimova
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
"Operativ Media" xəbər verir ki, XİN bununla bağlı tviter hesabında paylaşım edib.
“Pakistanın Bajaur rayonunda törədilən terror aktını şiddətlə qınayırıq. Biz 40 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə nəticələnən bu terror aktına qarşı qardaş Pakistanın yanındayıq. Hökumətə, həlak olanlara və onların ailələrinə başsağlığı veririk”, - deyə XİN-dən bildirilib.
Qeyd edək ki, Pakistanın Bajaur rayonunda törədilən terror aktı nəticəsində 44 nəfər ölüb. 100-dən çox şəxs isə yaralanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net