Türkiyə 1 milyon qaçqının Suriyaya qayıtmasını təmin edəcək
Türkiyə öz ərazisində yerləşən 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasını təmin etməyi planlaşdırır.
"Operativ Media"xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Bu günə kimi 600 mindən çox məcburi köçkün Suriyaya qayıdıb, biz 1 milyon qaçqının öz vətənlərinə qayıtmasını təmin etməyi planlaşdırırıq. Qaçqınların vətənlərinə qayıdışı Suriyada təhlükəsizlik və sabitliyin səviyyəsi artdıqca davam edəcək”, - deyə Rəcəb Tayyib Ərdoğan söyləyib.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hazırda respublikada 4,9 milyona yaxın qaçqının yaşadığını qeyd etmişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net