Uyğur türkləri İstanbulda Çin hökumətinə qarşı etiraz aksiyası keçirib
Türkiyədə yaşayan uyğur türkləri Çin hökumətinə qarşı etiraz aksiyası keçirib.
"Operativ Media" xəbər verir ki, aksiya 2014-cü il 28 iyul qırğınlarının ildönümü ərəfəsində baş tutub. Həmçinin uyğur türklərinin etiraz aksiyası Çinin Xarici İşlər Naziri Vanq Yi-nin Türkiyəyə səfəri ilə üst-üstə düşüb. Uyğur türkləri şərqi Türküstanda öldürülən soydaşlarının xatirəsini anmaq və Pekinə etirazlarını bildirmək Çinin İstanbuldakı konsulluğuna yürüş edib. Polis təhlükəsziliyi təmin etmək məqsədilə Sariyerdə Konsulluğa aparan yollarda istehkamlar qurub. Etiraz aksiyası dinc şəkildə başa çatıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net