Menyu

Hikmət Hacıyev: "Ermənistanın Laçın yolu məsələsini siyasiləşdirməsini qəbuledilməzdir"

Hikmət Hacıyev: "Ermənistanın Laçın yolu məsələsini siyasiləşdirməsini qəbuledilməzdir"

Ermənistan tibbi təxliyələr və tədarükün mümkün olduğu Laçın yolu məsələsi üzrə siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonrakı tvitter hesabından etdiyi paylaşımında bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Brüssel görüşündə Ağdam-Xankəndi yolunun daha çox çatdırmalar üçün istifadə edilməsi ilə bağlı razılıq əldə edilib. Prezidentin köməkçisi əlavə edib ki, bu məsələ həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin bəyanatında da vurğulanıb.

O bildirib ki, Ermənistanın Ağdam yolundan imtina edərək yalnız Laçın yolundan istifadədə israr etməsi və məsələni siyasiləşdirməsi qəbuledilməzdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər