Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları 6 ay müddətinə uzadıb
Gozel Həşimova
Avropa İttifaqının səfirləri Rusiyaya qarşı sanksiyaların altı ay müddətinə uzadılması ilə bağlı razılığa gəliblər.
"Operativ Media" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası "Twitter"də məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi (Coreper) Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə anti-Rusiya sanksiyalarının daha altı ay uzadılmasına razılıq verib.
Əlavə edək ki, Aİ-nin Rusiyaya qarşı sanksiyaları ilk dəfə 2014-cü ildə tətbiq edilib və o vaxtdan bəri ildə iki dəfə - yanvar və iyul aylarında altı ay müddətinə uzadılıb.
Gözəl Həşimova
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net