Menyu

Almaniya 63 yaşlı təqaüdçüləri işlə təmin edəcək

Gozel Həşimova
Almaniya 63 yaşlı təqaüdçüləri işlə təmin edəcək

Almaniyada 63 yaşında təqaüdə çıxanlar qısamüddətli işlə təmin edilməlidirlər.

"Operativ Media" xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner mətbuata məlumat verib.

"İşləmək gücü olan, lakin sosial müavinətlərlə yaşayan milyonlarla insan var. Biz bu insanları ən azı kiçik bir iş ilə əmək bazarına daxil olmağa təşviq etməliyik. Niyə pensiyalarını maliyyələşdirmək əvəzinə insanların daha uzun işləməsi üçün stimul yaratmırıq?" - deyə o, bildirib.

Bundan əlavə, Lindner həftədə dörd gün işləmək təkliflərini də rədd edib: "Həftənin dörd günü çalışmaq uzunmüddətli perspektivdə sosial səviyyəmizi və ətraf mühit standartlarımızı maliyyələşdirməyə kömək etməyəcək".

Əlavə edək ki, hazırda Almaniyada pensiya yaşı 65-dir. Lakin 2031-ci ildən etibarən vətəndaşlar yalnız 67 yaşında pensiya ala biləcəklər.

 

Gözəl Həşimova

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər