Menyu

Ukrayna: Rusiyanın hücumu nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb

Ukrayna: Rusiyanın hücumu nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb

Rusiyanın Odessaya hücumu nəticəsində 1 nəfərin öldüyü, 18 nəfərin yaralandığı bildirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper "Telegram" kanalında açıqlama verib.

Açıqlamada Rusiyanın Odessaya hücum həyata keçirdiyi bildirilib.

Bunun "terror" hücumu olduğunu iddia edən Kiper hücumda şəhərdəki infrastruktura, evlərə və dini binalara ziyan dəydiyini bildirib.

Kiper deyib: "Hücum zamanı 4-ü uşaq olmaqla 18 nəfər yaralanıb. Təəssüf ki, bir mülki vətəndaş həyatını itirib. Yaxınlarına başsağlığı verirəm".

Bundan əlavə, hücum nəticəsində Odessadakı Spaso-Preobrajenski kilsəsinin ciddi zədələndiyi və Odessa meri Gennadi Truhanovun hadisə yerinə gəldiyi bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər