Menyu

Serbiyada leysan yağışları və tufan üç nəfərin ölümünə səbəb olub

Redaksiya
Serbiyada leysan yağışları və tufan üç nəfərin ölümünə səbəb olub

Serbiyada güclü leysan yağışları və tufan nəticəsində üç nəfər həlak olub.

"Operativ Media" AZƏRTAC-a istinadən xəbər verir ki, Novi Sad şəhərində azyaşlı, ölkənin şimal-qərbindəki bir kənddə ildırım vurması nəticəsində evində baş verən yanğından zərər çəkən qadın, Baçka Palanka sakini isə evinin qarşısına düşən kabelləri təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Novi Sad və Baçka Palanka şəhərlərində ağacların avtomobillərin üzərinə və yollara aşması nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. İnfrastruktura ciddi ziyan dəyib. Ümumilikdə 10 nəfərin xilas edildiyi bildirilib.

Ölkənin qərbində “qırmızı” xəbərdarlıq elan edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər