Menyu

Kanada nüvə hücumuna qarşı "Federal Nüvə Fövqəladə Hallar Planı"nı yeniləyib

Kanada nüvə hücumuna qarşı "Federal Nüvə Fövqəladə Hallar Planı"nı yeniləyib

Kanada Avropada taktiki nüvə fəaliyyətindən və ya Ukraynada elektrik stansiyasının partlaması nəticəsində okeana yayılacaq radiasiyadan formalaşma ehtimalı olan zərərlə mübarizə aparmaq üçün "Federal Nüvə Fövqəladə Hallar Planı"nı yeniləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Kanadanın rəsmi xəbər agentliyi "Canadian Press" məlumat yayıb.

Məlumata görə, Kanada Daxili İctimai Təhlükəsizliyi qeydlərində, Məlumata Giriş Qanunu çərçivəsində Ottavanın ballistik raket hücumu da daxil olmaqla, mümkün hücumlara qarşı Federal Nüvə Təhlükəsizliyi Hallar Planını yeniləmək üçün çalışdığı bildirilib.

Qeyd edilib ki, sözügedən qeydlər federal hökumətin ciddi böhran şəraitində fəaliyyətini davam etdirə bilməsini təmin etmək üçün yüksək məxfi planın yenilənməsini ehtiva edir.

Rusiya-Ukrayna müharibəsi ilə gündəmə gələn “Kanadanın dağıdıcı nüvə hadisəsinə hazırlığının gücləndirilməsi” müzakirələrindən sonra hazırlanan Daxili İctimai Təhlükəsizlik qeydlərində narahatlıqların əsasən Ukraynanın bombalanmış Zaporojye Atom Elektrik Stansiyasına yönəldiyi vurğulanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər