Pərviz Şahbazov “E-Control”un icraçı direktoru ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycanla Avstriya arasında enerji sahəsində əməkdaşlıq üzrə gələcək perspektivlər müzakirə edilib.
Bu barədə "Operativ Media"ya Energetika Nazirliyindən bildirilib.
Müzakirələr energetika naziri Pərviz Şahbazovun Avstriyanın enerji tənzimləyici qurumu “E-Control”un icraçı direktoru, Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) vitse-prezidenti Volfqanq Urbançiç ilə keçirilən görüşdə baş tutub.
Görüş zamanı Azərbaycan və Avstriyanın enerji tənzimləyici qurumları arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyəti vurğulanıb, mövcud əməkdaşlığın gündəliyi nəzərdən keçirilib.
Teqlər:
"Pərviz Şahbazov “E-Control”un icraçı direktoru ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib"