Menyu

Özbəkistanlı diplomatlar Şuşada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olub (FOTO)

Özbəkistanlı diplomatlar Şuşada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olub (FOTO)

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 12-ci iclasında iştirak etmək üçün Şuşa şəhərinə səfər edən Özbəkistan nümayəndə heyəti Şuşada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olub.

Bu barədə "Operativ Media" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovun da iştirakı ilə keçirilən tanışlıq zamanı Şuşanın tarixi, dağıdılmış abidələrin bərpası istiqamətində həyata keçirilən tədbirlər, şəhərin yenidən qurulması məqsədilə görülən işlər haqqında ətraflı məlumat verilib.

Özbəkistan nümayəndə heyəti qədim Azərbaycan şəhərinin bərpası və abadlaşdırılması işlərinin yüksək qiymətləndirildiyini qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər