Polşada kiçik təyyarə anqara çırpılıb, 5 nəfər ölüb, 8 nəfər yaralanıb
Nərmin Qocamanlı
Polşanın paytaxtı Varşava yaxınlığındakı hava limanında kiçik təyyarənin anqara çırpılması nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, BBC-nin xəbərinə görə, Cessna 208 tipli təyyarə Varşavadan 47 kilometr aralıda yerləşən Chrcynno kəndindəki anqarda qəzaya uğrayıb.
Qəza yerinə 4 helikopter və 10 təcili yardım maşını göndərilib.
Polis qəzada 5 nəfərin təyyarədə, 3 nəfərin isə anqarda olduğunu, anqarda olan 8 nəfərin yaralandığını açıqlayıb.
Qəzadan əvvəl 13 nəfərin pis hava şəraitindən qorunmaq üçün anqara sığındığı açıqlanıb.
Səlahiyyətlilər qəzanın ehtimal olunan səbəbinin pis hava şəraiti olduğu barədə məlumat paylaşıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net