Rusiya səfiri: "Venesuela BRİCS-ə maraqlıdır"
Venesuela BRİCS formatına maraqlıdır.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın Venesueladakı səfiri Sergey Melik-Baqdasarov TASS-a bildirib.
"Venesuela, bir çox digər ölkələr kimi, bu formatda maraqlıdır", - deyə səfir bu ölkənin təşkilata daxil ola biləcəyi ilə bağlı suala cavab verib.
Qeyd edək ki, BRİCS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət qeyri-rəsmi dövlətlərarası təşkilatdır. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, BRİCS-ə qoşulmaq istəyən ölkələrin sayı 20-yə yaxınlaşır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net