Argentinada 6,6 bal gücündə zəlzələ baş verib
Nərmin Qocamanlı
Cənubi Amerika ölkəsi olan Argentinada 6,6 bal gücündə zəlzələ baş verib.
"Operativ Media" xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 6,6 bal gücündə zəlzələnin episentrinin ölkənin cənubundakı Neuken əyalətindəki Loncopue şəhərindən 25 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.
Zəlzələ Argentina ilə qonşu olan Çilinin mərkəzi və cənub bölgələrində də hiss olunub.
Argentina və Çilidə 171 kilometr dərinlikdə meydana gələn zəlzələdə ilk təsbitlərə görə dağıntı və tələfat qeydə alınmayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net