Menyu

Hatayda meşə sahəsində yanğın başlayıb

Hatayda meşə sahəsində yanğın başlayıb

Hatayın Belen rayonunda meşə yanğını baş verib. Alovlar qrupların havadan və qurudan müdaxiləsi ilə söndürülməyə çalışılır.

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Soğukölük məhəlləsinin meşə sahəsində başlayan yanğının səbəbi hələlik bilinmir. 

Yaşayış məntəqələrinə yaxın ərazidə baş verən yanğın küləyin təsiri ilə böyüyüb.

Xəbərdarlıq üzərinə bölgəyə bir yanğınsöndürmə vertolyotu, çox sayda sudaşıyan avtomobillər və Meşə Region Müdirliyi qrupları sövq edilib.

Ekipajlar yanğına havadan və yerdən müdaxilə etməyə davam edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər