Brüssel görüşündə müzakirə olunan məsələlər məlum olub
Nərmin Qocamanlı 656 baxış
Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşündə müzakirə olunan məsələlər məlum olub.
"Operativ Media" xəbər verir ki, üçtərəfli görüşdə sərhədlərin delimitasiyası, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər hissələri ilə nəqliyyat əlaqəsinin yaradılması, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərk-silah edilməsi, Laçın yolunda qaçaqmalçılıq məsələləri müzakirə olunub. Eyni zamanda, humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivi müzakirə edilib.
Həmçinin Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycanın tərkibində Azərbaycan Konstitusiyası və suverenliyi çərçivəsində yaşaması müzakirə mövzusu olub. Eyni zamanda, Qərbi Azərbaycan icması və onların qayıdışı məsələsi müzakirə edilib.
Teqlər:
"Brüssel görüşündə müzakirə olunan məsələlər məlum olub"