İtaliyada hava limanı işçilərinin tətili 250 mindən çox insanın uçuşuna təsir edib
İtaliyada aeroport işçiləri kütləvi tətəilə başlayıb.
"Operativ Media" nın məlumatına görə, ölkənin aviasektorunda dörd böyük şirkətin həmkarlar ittifaqının (Filt Cgil, Fit-Ci, Uiltrasporti, Ugl Ta) çağırışı ilə işçilər və bəzi pilotlar 10.00-18.00 saatlarında 8 saatlıq tətil elan edib.
İşçilər kütləvi tətilə səbəb kimi iş müqavilələrinin 6 ildir yenilənməməsini göstərib.
Tətil nəticəsində Romanın Fiumicino aeroportunda 140 uçuşun, Milano Malpensa aeroportunda da 150 uçuşun ləğv edildiyi, ümumilikdə 250 min insanın bundan təsirlənəcəyi bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net