Menyu

Rusiya XİN: Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması üçtərəfli bəyanatın əsas şərtlərini kökündən dəyişib

Rusiya XİN: Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması üçtərəfli bəyanatın əsas şərtlərini kökündən dəyişib

2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının vasitəçiliyi altında keçirilən sammitlərdə Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, lakin bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatının əsas şərtlərini, eləcə də bölgədə yerləşdirilən Rusiya sülhməramlı kontingentinin vəziyyətini kökündən dəyişib.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Qarabağla bağlı verdiyi bəyanatda bildirilir.

Rusiya tərəfi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına başlanmalı olduğunu açıqlayıb.

“Hesab edirik ki, bu şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır. Əvvəllər əldə edilmiş razılaşmalar əsasında Bakı ilə İrəvan arasında dərhal sülh müqaviləsinin hazırlanmasına başlamaq lazımdır”, - deyə bəyanatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər