Yaşar Gülər: "Biz hər zaman Can Azərbaycanın yanındayıq"
Nərmin Qocamanlı
Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər Ankarada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədov ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Yaşar Gülər Xalid Əhədovu Ankarada Milli Müdafiə Nazirliyinin binasında qəbul edib.
Görüşdə Türkiyə Silahlı Qüvvələrinin hərbi bilik və təcrübəsini Azərbaycan Silahlı Qüvvələri ilə bölüşdüyünü və bundan sonra da bunu davam etdirəcəyini vurğulayan nazir Yaşar Gülər, "Biz bütün gücümüzü əlaqələrimizin yaxşılaşdırılmasına sərf edirik. Vətən Müharibəsində olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Biz hər zaman Can Azərbaycanın yanındayıq", - deyə qeyd edib.
Nərmin Qocamanova
Teqlər:
"Yaşar Gülər: \"Biz hər zaman Can Azərbaycanın yanındayıq\""